“Qarabağ” klubunun sabiq qapıçısı karyerasını “Qalatasaray”da davam etdirə bilər
Ağdamın “Qarabağ” futbol klubunun sabiq qapıçısı, hazırda Türkiyənin “Ərzurumspor” komandasında çıxış edən İbrahim Şehiç karyerasını “Qalatasaray”da davam etdirə bilər.

İstanbul təmsilçisinin əsas qapıçısı Fernando Musleranın uzun müddət yaşıl meydanlardan uzaq qalması səbəbindən klub yeni qolkiper axtarışlarına başlayıb.

Türkiyə Superliqasında forma geyinən qapıçılar arasında namizədlər sırasında İbrahim Şehiç, Fabien Farnole (“Yeni Malatyaspor”) və Silviu Lunqun (“Kayserispor”) olduğu bildirilib. İstanbul klubu, eyni zamanda, Subaşiç ("Monako"), Klaudio Bravo ("Mançester Siti"), Antonio Adan ("Atletiko") və Co Hartla ("Bernli") maraqlandığı iddia olunur.

Xəbər 498 dəfə oxundu.