“Avro-2020”yə satılmış biletlərin hamısı 2021-ci ildə turnir üçün etibarlı olacaq
Futbol üzrə “Avro-2020”yə satılmış biletlərin hamısı 2021-ci ildə turnir üçün etibarlı olacaq.

Biletlərini geri qaytarmaq istəyən bilet sahibləri iyunun 18-dən 25-dək euro2020.com/tickets linki vasitəsilə biletlərini geri tələb edə bilərlər. Bu, biletlərin qaytarılması üçün son şans olacaq.

Turnirə play-off mərhələsi vasitəsilə vəsiqə qazanacaq dörd milli komandanın azarkeşləri də daxil olmaqla bütün azarkeşlər üçün bilet satışı tarixləri növbəti günlərdə açıqlanacaq.

Xəbər 446 dəfə oxundu.