Yan Oblak La Liqada yeni rekorda imza atıb
İspaniyanın “Atletiko Madrid” futbol klubunun qapıçısı Yan Oblak La Liqada yeni rekorda imza atıb.

27 yaşlı sloveniyalı qapıçı çempionatda 100-cü qolsuz oyununu keçirib.

Y.Oblak bu nəticəyə ən tez çatan qapıçı adına yiyələnib. Sloveniyalı qolkiper 182-ci matçında 100-cü dəfə qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, Oblak cari mövsümdə Madrid təmsilçisinin heyətində 38 matç keçirib.

Xəbər 460 dəfə oxundu.