“Neftçi” klubu Baqali Dabo haqqında qərarını açıqlayıb
“Neftçi” futbol klubunun rəhbərliyi Baqali Dabonun sosial şəbəkədəki davranışını ciddi şəkildə nəzarətə götürüb.

Bununla bağlı klubun qərarında deyilir: “Neftçi” ailəsinə qarşı bu cür hörmətsizliyi qəbuledilməz hesab edərək, ötən gün ərzində məsələ ilə bağlı intizam dinləməsi keçirib və futbolçuya davranışına görə öz mövqeyini bildirmək imkanı yaradıb.

Aparılan müvafiq müzakirələrdən sonra heç bir əsaslandırma olmadığına görə artıq futbolçuya qarşı maliyyə sanksiyasını tətbiq etmək haqqında qərar qəbul olunub.

Həmçinin məşqçilər korpusunun rəyi əsasında futbolçu təxirə salınan futbol mövsümünün qalan hissəsi üçün komandanın planlarına daxil olmadığına görə qüvvədə olan müqavilənin başa çatdığı günə – iyunun 30-dək fərdi məşqlərlə kifayətlənəcək.

Qeyd edək ki, futbolçunun xanımı onun “Qarabağ”ın forması ilə şəklini sosial şəbəkədə paylaşıb. Bu isə azarkeşlərin və klub rəhbərliyinin ciddi narazılığına səbəb olub.

Xəbər 531 dəfə oxundu.