Milli assosiasiyalara vaxt verildi
Milli assosiasiyalara avrokuboklarda iştirak edəcək komandaların adını açıqlamaq üçün vaxt verilib.

Bu barədə UEFA-nın iyunun 17-də keçirilən İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.

UEFA avqustun 3-nü son tarix kimi müəyyənləşdirib.

Avropa futbol qurumu 2020/2021-ci il mövsümündə avrokubokların təsnifat və qrup mərhələlərinin oyunlarının təqvimini açıqlayıb. Çempionlar Liqasında yeni mövsüm avqustun 8-də start götürəcək. Avropa Liqasının oyunları isə avqustun 20-də başlayacaq.


Xəbər 502 dəfə oxundu.