Futbol üzrə “Avro-2020”nin təqvimi açıqlanıb | |
Futbol üzrə “Avro-2020”nin təqvimi açıqlanıb. Pandemiyaya görə 2021-ci ilə təxirə salınan çempionata Bakı, Sankt-Peterburq, London, Münxen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi edəcək. Turnirin “A” qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə oyunlarına, həmçinin dörddəbir final mərhələsinin bir matçına Bakı Olimpiya Stadionu ev sahibliyi edəcək. Belə ki, İsveçrə-Uels oyunu iyunun 12-də, Türkiyə-Uels qarşılaşması ayın 16-da, Türkiyə-İsveçrə matçı isə dörd gün sonra təşkil olunacaq. Bakıda baş tutacaq dörddəbir final mərhələsinin bir görüşü isə iyulun 3-də keçiriləcək. “Avro-2020” gələn il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. |
|
Xəbər 502 dəfə oxundu. |
|
|