ATP turnirləri avqustun 10-da bərpa ediləcək
Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) turnirləri avqustun 10-da bərpa ediləcək.

Həmin gün Vaşinqtonda reytinq xarakterli ilk turnir keçiriləcək. Daha sonra avqustun 17-də raketka ustaları Nyu-Yorkdakı yarışda qüvvələrini sınayacaqlar. Bu müddət ərzində isə tennisçilər karantinə alınmayacaq.

Bir müddət əvvəl Rusiyanın mətbuat orqanları da qarşıdakı tennis turnirlərinin təqvimini dərc etmişdi. Onlar da mövsümün Vaşinqtondakı yarışla bərpa ediləcəyini yazmışdı.

Xəbər 590 dəfə oxundu.