E-Milli Liqa Rusiya Kiberfutbol Federasiyası ilə əməkdaşlıq sazişi imzalayıb
E-Milli Liqa (EML) Rusiya Kiberfutbol Federasiyası (RKF) ilə əməkdaşlıq sazişi imzalayıb.

Əməkdaşlıq çərçivəsində EML-də ən yüksək nəticə göstərmiş oyunçular və komandalar RKF tərəfindən keçirilən beynəlxalq “eSport” turnirlərində iştirak edəcək, ölkəmizi xaricdə təmsil etmək hüququ qazanacaqlar.

İkinci turdan etibarən, EML-də iştirak edən komandalar Rusiya Premyer Liqasını təmsil edən klubların “eFootball” komandalarına qarşı da oyunlar keçirəcəklər. Bütün oyunlar EML sosial media səhifələrində və www.eml.az veb saytında canlı yayımlanacaq.

Qeyd edək ki, EML AFFA-nın və “Sport Marketing Group” şirkətinin birgə təşkilatçılığı ilə keçirilir.

Xəbər 743 dəfə oxundu.