Berlində keçiriləcək altı yürüşlə Formula E yarışlarına yekun vurulacaq
Formula E yarışlarının təşkilatçıları 2019-2020-ci il mövsümünün başa çatdırılması üçün hazırlanmış planı təsdiqləyiblər.

Koronavirus pandemiyasına görə beşinci mərhələdən sonra dayandırılan yarışda cari mövsümün əvvəlcə ləğv olunacağı açıqlanmışdı. Ancaq təşkilatçılar çıxış yolu tapmağa nail olublar. Belə ki, çempionatın son altı mərhələsi Berlində keçiriləcək.

Yürüşlər Berlindəki Tempelhof aerodromunda təşkil olunacaq. Aerodrom avqustun 5-6-da, 8-9-da və 12-13-də yarışlara ev sahibliyi edəcək. Hər yarış üçün xüsusi konfiqurasiyalı tras hazırlanacaq.

Xəbər 458 dəfə oxundu.