Avropa Olimpiya Komitələrinin prezidenti vəzifəsinə seçkilər gələn ilin payızında keçiriləcək
Gələn ilin payızında Avropa Olimpiya Komitələrinə (EOC) prezident seçkiləri keçiriləcək.

Seçki qurumun Baş Assambleyası çərçivəsində təşkil olunacaq.

Xatırladaq ki, EOC-un sonuncu prezidenti Yanez Koçiyançiç uzun sürən ağır xəstəlikdən sonra iyunun 1-də vəfat edib. Qurumun əsasnaməsinə görə, birinci vitse-prezident Nils Nyuqor seçkilərə qədər prezident səlahiyyətlərini yerinə yetirir.

Yetmiş doqquz yaşında vəfat edən Y.Koçiyançiç 2017-ci ildən EOC-a rəhbərlik edib. O, 2015-ci ildən EOC İcraiyyə Komitəsinə üzv seçilib. Y.Koçiyançiç bir neçə dəfə Azərbaycanda olub. O, ötən il Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimində də iştirak edib.

Xəbər 746 dəfə oxundu.