Paralimpiyaçılara farmakoloji vasitələr və qida əlavələri təqdim olunub
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) idmançıları məşqlərini Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərini yerinə yetirərək davam etdirirlər.

Azsport.az xəbər verir ki, fiziki hazırlığa dəstək olmaq və məşq proseslərində istifadə etmək məqsədilə komitənin yığma komandalarının idmançılarına farmakoloji vasitələr və qida əlavələri təqdim olunub.

Komitənin rəhbərliyi farmakoloji vasitələrin və qida əlavələrinin verilməsində göstərilən dəstəyə görə Gənclər və İdman, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə təşəkkürünü bildirib.


Xəbər 661 dəfə oxundu.