MBA oyunçularının əksəriyyəti Lebron Ceymsin tərəfindədir
Milli Basketbol Assosiasiyasında (MBA) çıxış edən basketbolçuların əksəriyyəti Lebron Ceymsin mövsümün bərpası ilə bağlı istəyini dəstəkləyir.

Liqa rəhbərliyi iyulun sonunda çempionatın davam etdirilməsi ilə bağlı qərarı açıqlayandan sonra bəzi oyunçular meydana çıxmayacaqlarını bildirmişdilər. ABŞ-da irqçiliklə bağlı hadisələrdən sonra isə narazı basketbolçuların sayı artıb. Amma Lebron Ceyms mövsümün bərpasına tərəfdar çıxandan sonra etirazçılar geri çəkilməyə başlayıblar.

Hazırda MBA ictimaiyyəti arasında belə bir fikir formalaşıb ki, liqanın davam etdirilməsinin əsas səbəbkarı “Leykers”in lideridir. Məhz Lebronun meydana çıxması sayəsində gəlirlərin azalmasının qarşısını almaq mümkündür.


Xəbər 540 dəfə oxundu.