“Trabzonspor” Türkiyə kubokunun final mərhələsinə yüksəlib
İyunun 16-da futbol üzrə Türkiyə kubokunun ilk finalçısının adına aydınlıq gətirilib.

Yarımfinal mərhələsinin cavab görüşündə "Fənərbağça" doğma meydanda "Trabzonspor"u qəbul edib. Matç qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə Trabzon təmsilçisinin qollarını Aleksandr Sorlot (6, 83) və Filip Novak vurub. İstanbul klubunun heyətində isə Dəniz Turuc (42) fərqlənib. Birinci matçda da 2:1 hesabı ilə qalib gələn "Trabzonspor" finala yüksəlib.

"Trabzonspor" finalda “Alanyaspor” - “Antalyaspor” cütlüyünün qalibi ilə qarşılaşacaq.

Xəbər 528 dəfə oxundu.