“Barselona” qapıçısı ilə yeni müqavilə haqqında danışıqları davam etdirir
“Barselona” futbol klubu qapıçısı Andre Ter-Ştegenlə müqavilənin müddətini uzatmaqla bağlı danışıqları davam etdirir.

Tərəflər danışıqlarda irəliləyiş əldə ediblər. Bildirilib ki, 29 yaşlı qapıçı ilə müqavilənin müddəti 2025-ci ilin yayınadək uzadılacaq. Onunla cari mövsümün sonunadək rəsmi müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Ter-Ştegenin Kataloniya təmsilçisi ilə hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatır.

AZƏRTAC

Xəbər 530 dəfə oxundu.