“Mançester Siti” Əşrəf Hakimini transfer etmək istəyir
“Real Madrid” klubunun müdafiəçisi Əşrəf Hakimi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

21 yaşlı oyunçu ilə “Mançester Siti” maraqlanır.

İcarə əsasında “Borussiya Dortmund”da çıxış edən mərakeşli futbolçunun mövsümün sonunda Madrid klubuna qayıtması gözlənilir. Ə.Hakimi davamlı oynaya biləcəyi komandaya getmək istədiyni açıqlayıb. Bu səbəbdən də “şəhərlilər”ə keçə biləcəyi vurğulanıb.

Qeyd edək ki, 21 yaşlı müdafiəçi bu mövsüm Almaniya Bundesliqasında keçirdiyi 31 matçda 5 qol vurub.

AZƏRTAC

Xəbər 524 dəfə oxundu.