UEFA-dan Çempionlar Liqası üçün “Səkkizlər finalı”
UEFA avrokubok mövsümünü başa vurmağın müxtəlif variantlarını nəzərdən keçirib.

UEFA Çempionlar Liqasının qalan hissəsi ilə bağlı qərar verib. Oyunlar Lissabonda “Səkkizlər finalı” formatında keçiriləcək.

Dörddəbir final avqustun 12-dən 15-dək, yarımfinal 18-dən 19-dək, final isə avqustun 23-də təşkil olunmalıdır.

Püşkatma iyulda Nyonda olacaq. Səkkizdəbir finalın “Yuventus”–“Lion” və “Barselona”-“Napoli” görüşləri müvafiq olaraq avqustun 7-də və 8-də Turin və Barselonada keçiriləcək. “Mançester Siti”–“Real” və “Bavariya”–“Çelsi” görüşlərinin məkanı isə hələ dəqiqləşməyib. Yeni qərara əsasən İstanbulun bu il deyil, gələn il keçiriləcək Çempionlar Liqası finalına ev sahibliyi edəcəyi vurğulanıb. 2021/2022-ci il mövsümünün finalı Sankt-Peterburqda olacaq.

UEFA Superkuboku uğrunda matç sentyabrın 24-də Budapeştdə təşkil ediləcək. Bu qərarların UEFA İcraiyyə Komitəsinin iyunun 17-dəki iclasında təsdiqlənəcəyi bildirilib.


Xəbər 507 dəfə oxundu.