Xorvatiyanın sabiq prezidenti Beynəlxalq Olimpiya Komitəsinin üzvlüyünə namizədliyini irəli sürüb
Beynəlxalq Olimpiya Komitəsi (BOK) İcraiyyə Şurası quruma üzv olmaq üçün daha 5 nəfərin namizədliyini irəli sürüb.

Namizədlərin BOK-un üzvlüyünə təsdiqlənməsi məsələsi qurumun bu ilin iyul ayında keçiriləcək 136-cı sessiyada müzakirə ediləcək.

Namizədlər arasında Böyük Britaniya Yüngül Atletika Federasiyasının prezidenti Sebastyan Koe, monqolustanlı Battuşiq Batbold, həmçinin Xorvatiyanın sabiq prezidenti Kolinda Qrabar-Kitaroviç, Səudiyyə Ərəbistanı şahzadəsi Rima Bandar əl-Saud və kubalı Mariya de la Karidad Kolon Ruenes var.

BOK-un prezidenti Tomas Bax qeyd edib ki, namizədlərin seçimindən sonra qurumdakı qadınların sayı 39-a çatacaq.

Xəbər 514 dəfə oxundu.