Türkiyə Superliqası: “Sivasspor” üç xalı bir qolla qazanıb
İyunun 15-də futbol üzrə Türkiyə çempionatının XXVII turunun sonuncu qarşılaşmasında “Sivasspor” “Dənizlispor”u qəbul edib.

Görüşün taleyini bir qol həll edib. Meydan sahiblərinin hücumçusu Mustafa Yatabare komandasına qələbə qazandıran qolun müəllifi olub. Beləliklə, “Sivasspor” “Dənizlispor”u 1:0 hesabı ilə məğlub edib.

Türkiyə çempionatında hazırda “Trabzonspor” 56 xalla turnir cədvəlinin liderdir. Onunla eyni xala malik olan “Başakşəhər” ikincidir. “Sivasspor” 52 xalla üçüncü, “Qalatasaray” klubu isə 50 xalla dördüncü pillə qərarlaşıb. Sonrakı yerlərdə “Beşiktaş” (44 xal), “Alanyaspor” (43 xal), “Fənərbağça” (43 xal) və digər komandalar gəlir.

AZƏRTAC

Xəbər 525 dəfə oxundu.