“Qızıl top” uğrunda mübarizədə Robert Levandovski birincidir
goal.com saytı “Qızıl top”a namizəd hesab etdiyi futbolçuların siyahısını təşkil edib.

Siyahının birinci pilləsində Almaniyanın “Bavariya” komandasının hücumçusu Robert Levandovski qərarlaşıb. Polşalı hücumçu cari mövsümdə Münxen təmsilçisinin heyətində keçirdiyi bütün turnirlərdə 39 oyunda 45 qol vurub.

İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messi (32 oyunda 25 qol) ikinci, İtaliyanın “Yuventus” komandasının hücumçusu Kriştiano Ronaldo (33 oyunda 25 qol) isə üçüncü pillədə qərarlaşıb. Siyahıda dördüncü Kevin De Brüyne (“Mançester Siti”), beşinci isə Tomas Müller (“Bavariya”) olub.

Xəbər 512 dəfə oxundu.