Ceyms Adeniyi yenidən “Qəbələ”yə qayıdacaq
İsrailin “Hapoel” klubunda icarə əsasında çıxış edən Ceyms Adeniyi yenidən “Qəbələ”yə qayıdacaq.

Ancaq futbolçunun klubda qalacağı o qədər də inandırıcı deyil. Çünki futbolçuya maraq göstərən komandalar kifayət qədərdir. Kiprin “Anartosis” klubu nigeriyalı hücumçunu heyətində görmək istəyir. Bundan başqa İsrail təmsilçisi də C.Adeniyi ilə bağlı “Qəbələ” ilə danışıqlar aparmaq istəyir. Adeniyinin transfer məsələsinə mövsüm başa çatandan sonra aydınlıq gələcək.

Xəbər 535 dəfə oxundu.