“Real Madrid” qələbə qazanaraq “Barselona” ilə xal fərqini azaldıb
İyunun 14-də futbol üzrə İspaniya La Liqasının 28-ci turunun növbəti oyunları keçirilib.

Çempionluğa iddialı “Real Madrid” öz meydanında “Eybar” komandasını qəbul edib.

Görüş Madrid təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Real”ın heyətində Toni Kross, Serxio Ramos və Marselo, “Eybar”ın isə Pedri Biqas fərqləniblər.

Bu qələbədən sonra xal ehtiyatını 59-a çatdıran “Real” çempionluq yolunda əsas rəqibi sayılan “Barselona” ilə xal fərqini ikiyə çatdırıb.

Xatırladaq ki, “Barselona” iyunun 13-də səfərdə “Malyorka”nı məğlub edmişdi - 4:0.

Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

“Sevilya” - “Real Betis” - 2:0;

“Qranada” - “Xetafe” - 2:1;

“Valensiya” - “Levante” - 1:1;

“Espanyol” - “Deportivo Alaves” - 2:0;

“Selta Viqo” - “Vilyareal” - 0:1;

“Leqanes” - “Real Valladolid” - 1:2;

“Atletik Bilbao” - “Atletiko Madrid” - 1:1.

Xəbər 528 dəfə oxundu.