Zeynəb Məmmədyarova Cerba Şahmat Festivalının qalibi olub
Tunisin Cerba adasında start götürən qadınlar arasında onlayn şahmat festivalında Azərbaycan təmsilçisi Zeynəb Məmmədyarova birinci yeri tutub.

Şahmatın blits növü üzrə keçirilən yarışda 17 turdan 15,5 xal toplayan şahmatçımız beynəlxalq turnirin qalibi olub. Milli komandamızın daha bir üzvü Gülnar Məmmədova isə 13 xalla 6-cı nəticəni göstərib.

Xəbər 522 dəfə oxundu.