Azərbaycan güləşçisi Hacı Əliyev virtual yarışın finalına yüksəlib
Dünya Güləş Birliyinin (UWW) “Instagram” səhifəsində tanınmış 16 sərbəst güləşçi arasında virtual yarış davam edir.

Onlayn turnirdə üçqat dünya və Avropa çempionu Hacı Əliyev italiyalı Frank Çamizo və ABŞ-dan olan Olimpiya və dünya çempionu Cordan Barrouza qalib gələrək finala yüksəlib. Finalda onun rəqibi iranlı Olimpiya çempionu Hasan Yazdani olacaq.

Qeyd edək ki, sonda ən çox səs toplayan güləşçi qalib olacaq.

Xəbər 531 dəfə oxundu.