Lionel Messi La Liqada növbəti rekorda imza atıb
İspaniyanın "Barselona" futbol klubunun kapitanı Lionel Messi La Liqada növbəti rekorda imza atıb.

33 yaşlı argentinalı hücumçu 28-ci tur matçında "Malyorka"nı məyus edib. L.Messi komandasının 4:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
Beləliklə, argentinalı kapitan İspaniya çempionatının 12 mövsümündə ardıcıl azı 20 qol vurmağı bacarmış ilk futbolçu ünvanına yiyələnib.

Qeyd edək ki, 33 yaşlı forvard cari mövsümdə "Barselona"da 25 qol vurub və 18 məhsuldar ötürmə edib. O, komandada ümumilikdə 718 matç keçirib və 627 dəfə fərqlənib, habelə 265 ötürmə edib.


Xəbər 484 dəfə oxundu.