Cerba Şahmat Festivalında təmsilçilərimiz mübarizə aparırlar
İyunun 14-də Tunisin Cerba adasında start götürən qadınlar arasında onlayn şahmat festivalında Azərbaycan təmsilçiləri də iştirak edirlər.

Şahmatın blits növü üzrə keçirilən yarışda Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Nərmin Xələfova, Zeynəb Məmmədyarova, Mələk İsmayıl, Leyla Budaqova, Aytac Məmmədova, Gülsənəm Ağayeva və digər təmsilçilərimiz mübarizə aparırlar.

Yarışa dünyanın ən güclü qadın şahmatçıları qatılıblar. Turnirin reytinq favoriti rusiyalı Alina Kaşlinskayadır.

“Lichess.org” platforması vasitəsilə İsveçrə sistemi üzrə keçiriləcək turnir 15 turdan ibarətdir. Turnirin mükafat fondu 2 min ABŞ dollarıdır.

Xəbər 540 dəfə oxundu.