“Sabah” doğma meydanda “Zirə”ni minimal hesabla məğlub edib
Paytaxtın iki klubu “Sabah” və “Zirə” klubları hazırlıq çərçivəsində yoxlama oyunu keçiriblər.

Gərgin keçən 90 dəqiqədə oyun taleyini bir qol həll edib.

Oyunun 90-cı dəqiqəsində “Sabah”ın yarımmüdafiəçisi Ceyhun Nuriyev komandasına qələbə qazandıran qolun müəllifi olub.

Qeyd edək ki, “Sabah” birinci sınaq matçında lider “Qarabağ”a 5:0 hesabı ilə məğlub olublar.

Xəbər 400 dəfə oxundu.