“Səbail” səfərdə “Qarabağ”a böyük hesabla məğlub olub

İyunun 13-də Ağdamın “Qarabağ” futbol klubu Premyer Liqada yaranan fasilə zamanı ikinci yoxlama oyununu keçirib.

Lider Tofiq Bəhramov adına Respublika stadionunda “Səbail”i qəbul edib. Oyuna sürətli başlayan qonaqlar matçın 7-ci dəqiqəsində hesabı açıb. Bu qoldan sonra oyunda nəzarəti ələ alan komanda matçın 23-cü dəqiqəsində hesabı bərabərləşdirib. Qara Qarayevin zərbəsini qapıçı dəf etsə də, Mahir Emreli topu qapıdan keçirib.

Matçın 42-ci dəqiqəsində isə Ovusu Kvabena cərimə zərbəsindən möhtəşəm qol vuraraq hesabı 2:1 edib. Matçın 86-cı dəqiqəsində isə Qara Qarayev baxımlı zərbə ilə hesabı 3:1 edib.

Əvvəlcədən planlaşdırıldığı kimi, qarşılaşma 3 hissədən ibarət olub. 90 dəqiqə yekunlaşdıqdan sonra əlavə 30 dəqiqə oynanılıb. Üçüncü hissənin sonlarına doğru ağdamlılar rəqib qapısından dördüncü topu keçirib. Ozobiç özü qurduğu hücumu dəqiq tamamlayıb.

Xəbər 399 dəfə oxundu.