Şəhriyar Məmmədyarov BƏƏ-də şahmat turnirinin qalibi olub
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Sharjah Chess” klubunun təşkilatçılığı ilə keçirilən şahmatın rapid növü üzrə onlayn beynəlxalq turnirinin qalibi olub.

İyunun 13-də keçirilən qarşılaşmalarda polşalı Radoslav Voytaşek, özbəkistanlı Rüstəm Qasımcanov, Pentala Xarikrişna (Hindistan) ilə heç-heçə edən şahmatçımız, son iki turda misirli Bassem Amin və BƏƏ təmsilçisi Saleh Salem üzərində qələbə qazanıb.

Yekun nəticədə 7,5 xal toplayan şahmatçımız turnirin qalibi olub.

Xəbər 528 dəfə oxundu.