“Neftçi” ikinci yoxlama oyunundan da qalib ayrılıb
Paytaxtın “Neftçi” futbol klubu hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Bakı təmsilçisi doğma meydanda “Qəbələ” ilə qarşılaşıb. “Bakcell Arena”da baş tutan görüşdə “ağ-qaralar” qalib gəlib – 2:1. Hesabı 26-cı dəqiqədə qonaqların hücumçusu Rövlan Muradov açsa da, “Neftçi” fasiləyədək qollardan birinin əvəzini çıxıb. Matçın 40-cı dəqiqəsində Mirabdulla Abbasov fərqlənib. İkinci hissədə meydana daxil olan Dario Frederiko isə 63-cü dəqiqədə görüşdə son nöqtəni qoyub.

Qeyd edək ki, “Neftçi” birinci sınaq matçında “Keşlə” üzərinə 3:1 hesablı qələbə qazanıb.

Xəbər 574 dəfə oxundu.