“Keşlə” klubunu tərk edən ilk futbolçunun adı müəyyənləşib
Bakının “Keşlə” klubunu tərk edən ilk futbolçunun adı müəyyənləşib.

Yığmamızın sabiq futbolçusu Ruslan Qurbanov paytaxt təmsilçisi ilə yollarını ayırıb.

İyirmi doqquz yaşlı futbolçu şəxsi “Facebook” səhifəsində artıq “Keşlə”nin oyunçusu olmadığını yazıb.

Qeyd edək ki, Ruslan Qurbanov cari mövsümün əvvəlində “Keşlə”yə keçmişdi.

Xəbər 571 dəfə oxundu.