Mövsümün vaxtından əvvəl dayandırılacağı təqdirdə MBA oyunçularının itirəcəkləri məbləğ açıqlanıb
Milli Basketbol Assosiasiyasının (MBA) oyunçuları mövsümün vaxtından əvvəl dayandırılacağı təqdirdə, 1,2 milyard dollar itirəcəklər.

Bu barədə ESPN telekanalı məlumat verib.

Bundan əvvəl MBA-da çıxış edən 150-yə yaxın oyunçu mövsümün bərpa olunmasından sonra meydana çıxmamağı müzakirə ediblər. Basketbolçuların bəziləri koronavirusun geniş yayıldığı indiki məqamda mövsümün qaldığı yerdən davam etdirilməsinin əleyhinədir.

Xatırladaq ki, MBA rəhbərliyi koronavirus səbəbindən dayandırılan 2019-2020-ci il mövsümünün qalan formatını təsdiqləyib. Müntəzəm mövsümün iyulun 31-də başlayacağı və 30 komandadan yalnız 22-sinin mübarizə aparacağı bildirilib.

Bütün matçların Orlando şəhərində (Florida, ABŞ) yerləşən “Disney World” əyləncə parkında keçiriləcəyi planlaşdırılıb. Final seriyasında yeddi matç oynanılacağı təqdirdə, mövsüm oktyabrın 12-də başa çatacaq.

Xəbər 606 dəfə oxundu.