Azərbaycan güləşçisi Hacı Əliyev virtual yarışda növbəti qələbəsini qazanıb
Dünya Güləş Birliyinin (UWW) “Instagram” səhifəsində tanınmış 16 sərbəst güləşçi arasında virtual yarış davam edir.

Onlayn turnirdə üçqat dünya və Avropa çempionu Hacı Əliyev dörddəbir finalda italiyalı rəqibi Frank Çamizoya qalib gələrək yarımfinala adlayıb. İyirmi doqquz yaşlı idmançı finala yüksəlmək üçün ABŞ-dan olan Olimpiya və dünya çempionu Cordan Barrouza qalib gəlməlidir.

Qeyd edək ki, sonda ən çox səs toplayan güləşçi qalib olacaq.

Xəbər 584 dəfə oxundu.