Avroliqa və avrokubok yarışlarının yeni mövsüm üçün təqvimi iyunun sonunda hazır olacaq
Basketbol üzrə Avroliqa və avrokubok yarışlarının 2020-2021-ci il mövsümü üçün təqvimi iyunun sonu - iyulun əvvəlində tam hazır olacaq.

Bu barədə Avroliqanın mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, yeni mövsümün sentyabrın 30-da başlaması planlaşdırılıb. İndi həm Avroliqa, həm də avrokuboklar üçün yeni təqvim hazırlanır.

Qeyd edək ki, Avroliqanın 2019-2020-ci il mövsümü koronavirus pandemiyası səbəbindən dayandırılıb. Belə ki, Avroliqa müntəzəm çempionatında planlaşdırılan 34 oyundan yalnız 28-i keçirilib.

Xəbər 587 dəfə oxundu.