Həbib Nurməhəmmədov və Castin Getji arasında döyüş Abu-Dabidə keçirilə bilər
Mütləq Döyüş Çempionatının (UFC) çempionu rusiyalı Həbib Nurməhəmmədov və amerikalı Castin Getji arasında döyüş Abu-Dabidə keçirilə bilər.

“UFC-253” turnirinin əsas döyüşü olacaq bu qarşılaşma Abu-Dabidə “UFC Fight Island” yarışları başa çatdıqdan sonra keçiriləcək.
Bundan əvvəl Braziliyanın “Globo” televiziya kanalı döyüşün bu il sentyabrın 19-da keçiriləcəyini bildirmişdi.

Yüngül çəkidə UFC-nin müvəqqəti çempionu C.Getji karyerası ərzində keçirdiyi 22 döyüşdə qalib gəlib, 2 qarşılaşmada məğlub olub. Otuz bir yaşlı H.Nurməhəmmədov isə qarışıq döyüş növlərində indiyədək keçirdiyi 28 döyüşün hamısında qələbə qazanıb.

Xəbər 597 dəfə oxundu.