“Marsel” klubu “Yuventus”un hücumçusu Qonsalo İquaini heyətinə qata bilər
Fransanın “Marsel” futbol klubu “Yuventus”un hücumçusu Qonsalo İquaini heyətinə qata bilər.

“Marsel”in idman direktoru olacaq, İtaliya və Fransa klublarının keçmiş hücumçusu Fabrizio Ravanelli argentinalı hücumçu ilə komandasını gücləndirmək niyyətindədir.

Qonsalo İquain 2016-cı ildə “Yuventus”a transfer olunub. Onun klubla müqaviləsi 2021-ci ildə bitir. Bundan əvvəl argentinalı “Real”, “Napoli”, “Milan” və “Çelsi”nin heyətində meydana çıxıb.
Hücumçu İtaliya A seriyasında 22 oyun keçirib, 5 qol vurub, 4 məhsuldar ötürmə edib.

Xəbər 557 dəfə oxundu.