Vebber “Ferrari”də Fettelin yerinin görünəcəyini düşünür
Sabiq Formula 1 pilotu Mark Vebber növbəti mövsümlərdə “Ferrari”də Sebastyan Fettelin yerinin görünəcəyini söyləyib.
Onun fikrincə, komandaya indiki məqamda təcrübəli pilot lazım idi.

Mark Vebber deyib: “Ferrari” hələ Fetteli çox axtaracaq. Komandaya təcrübəli pilot lazım idi. Düzdür, Lekler dünya səviyyəli pilotdur. O, bir neçə dil bilir və telekameralar önündə özünü çox yaxşı aparır. Amma komandaya Fettel kimi təcrübəli pilot lazım idi. Mənə elə gəlir ki, bu mövsüm Sebastyan motivasiyalı olmayacaq və bu da italyanlara problem yaradacaq. Fettelin gələcək taleyinə gəlincə, onun bir illik istirahət götürəcəyini düşünürəm. Ümid edirəm ki, Sebastyanın qayıdışı daha möhtəşəm olacaq”.
“Red Bull”un pilotu Maks Ferstappen də “Ferrari”nin Sebastyanla müqavilə müddətini yeniləmədiyinə təəccübləndiyini söyləyib. O, indiki məqamda Karlos Sayns qarşısında əla imkanlar yarandığını da qeyd edib.


Xəbər 567 dəfə oxundu.