“London-2012”nin iştirakçılarının dopinq testlərinin nümunələrində 80-dən çox pozuntu aşkarlanıb
Müstəqil Dopinq Testləşdirmə Təşkilatı (ITA) 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılardan götürülmüş dopinq testlərinin nümunələrini yoxlaması zamanı 80-dən antidopinq qaydası pozuntusu aşkar edib.

Bu barədə ITA-nın mətbuat xidməti məlumat yayıb. Məlumatda bəzi halların Olimpiya medallarının yenidən bölüşdürülməsinə səbəb olacağı qeyd olunur.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2018-ci ilin noyabrında Londonda keçirilən Yay Olimpiya Oyunlarının dopinq testlərinin nəticələrinin təkrar müayinəsinə başlayıb.

Xatırladaq ki, Oyunlar zamanı doqquz antidopinq qayda pozuntusu aşkar edilib. Yenidən test üçün bütün nümunələr ITA-ya təhvil verilib.


Xəbər 557 dəfə oxundu.