“Yuventus” klubu yeni rekorda imza atıb
İtaliyanın “Yuventus” futbol klubu yeni rekorda imza atıb.

Turin təmsilçisi buna İtaliya kubokunda finala vəsiqə qazanmaqla nail olub.

Yarımfinal mərhələsində “Milan”ı məğlub edən (1:1, 0:0) “Yuventus” 19-cu dəfə həlledici qarşılaşmada iştirak etmək hüququ əldə edib. Bununla komanda 2017-ci ildə ələ keçirdiyi özünəməxsus rekordu yeniləyib.

İtaliya kubokunda “Roma” 17, “Milan” isə 14 dəfə finalda oynamaq imkanı qazanıb.

Xəbər 567 dəfə oxundu.