150-yə yaxın basketbolçu MBA-nın bərpasını istəmir
Milli Basketbol Assosiasiyasında (MBA) çıxış edən 150-yə yaxın oyunçu mövsümün bərpa olunmasından sonra meydana çıxmamağı müzakirə edir.

Basketbolçular indiki məqamda mövsümün qaldığı yerdən davam etdirilməsinin əleyhinədir. Oyunçuların bəzilərinin fikrincə, meydana çıxmaq çox qorxuludur. Basketbolçulardan kimsə yoluxucu infeksiyanın daşıyıcı olsa, onda bütün oyunçular bunun əzabını çəkəcək.

Bəzi MBA oyunçuları isə ABŞ-da irqçiliklə bağlı qeyri-sabit vəziyyətə görə mövsümün bərpasını əsassız sayır. Bir qrup basketbolçu isə liqa rəhbərliyindən incik düşdüyünə görə oynamaq istəmir. Onların iddiasına görə, bərpa ilə bağlı qərar qəbul ediləndə heç kimin mövqeyi öyrənilməyib.

Xəbər 689 dəfə oxundu.