“Yuventus” uelsli yarımmüdafiəçisi ilə yollarını ayırır
İtaliyanın “Yuventus” futbol klubu yarımmüdafiəçisi Aaron Remsi ilə yolları ayırmaq qərarı verib.

Buna səbəb futbolçunun həftədə 400 min avro olmaqla yüksək maaş almasıdır. Klub rəhbərliyi koronavirus dövründəki iqtisadi çətinliyə görə bu məbləği ödəməkdə çətinlik çəkir.

Bu səbəbdən uelsli futbolçunun transferə çıxarıldığı iddia olunur. Onun İngiltərə klublarından birinə transfer olunacağı gözlənilir.

Xatırladaq ki, A.Remsi “Yuventus”a 2019-cu ildə “Arsenal”dan transfer olunub. Yarımmüdafiəçi cari mövsümdə Turin təmsilçisinin heyətində keçirdiyi 24 matçda dörd qol vurub və bir assist edib.

Xəbər 606 dəfə oxundu.