İmola trası Formula 1-in təqviminə qayıtmağa yaxındır
İtaliyanın İmola trası Formula 1 üzrə dünya çempionatının cari mövsümünün təqviminə daxil edilməsi müzakirə olunur. Tras sonuncu dəfə 2006-cı ildə Formula 1 yarışlarına ev sahibliyi edib.

Tras “FIA Grade 1” lisenziyasını yeniləməklə bu yarışa ev sahibliyi şansını daha da artırıb. Belə ki, bu lisenziya olmadan trasda Formula 1 yarışı keçirilə bilməz.

İmola avtodromunun rəhbəri Uberto Selvatika deyib: “Tras Beynəlxalq Avtomobil Federasiyasının (FIA) standartlarına tam cavab verir. Ümid edirəm ki, bizim arzumuz gerçəkləşəcək və Formula 1 yarışları yenidən İmolaya qayıdacaq”.

İmola Formula 1 təqviminə yenidən salınacağı təqdirdə burada yarışın sentyabrın 13-də - Montsada təşkil olunacaq İtaliya Qran-Prisindən bir həftə sonra keçirilməsi nəzərdə tutulub.

Xəbər 539 dəfə oxundu.