Şəhriyar Məmmədyarov onlayn beynəlxalq turnirin sonuncu turlarında mübarizə aparacaq
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Sharjah Chess” klubunun təşkilatçılığı ilə keçirilən onlayn beynəlxalq turnirin sonuncu turlarında iştirak edəcək.

İyunun 13-də keçiriləcək qarşılaşmalarda şahmatçımız polşalı Radoslav Voytaşek, özbəkistanlı Rüstəm Qasımcanov, Pentala Xarikrişna (Hindistan), misirli Bassem Amin və Saleh Salem (BƏƏ) ilə mübarizə aparacaq.

Qeyd edək ki, iyunun 12-də keçirilmiş əvvəlki 5 turda şahmatçımız hamıdan çox – 4 xal toplayıb. Təmsilçimiz bu nəticə ilə birinci pillədə qərarlaşıb. İki dövrədən ibarət olan turnirin mükafat fondu 10 min ABŞ dollarıdır.

Xəbər 542 dəfə oxundu.