MBA-da mövsümün təqvimi hazırlanır
Milli Basketbol Assosiasiyası (MBA) yeni mövsümün təqvimi ilə bağlı plan layihəsi hazırlayır.

Komandalar iyulun 9-dan 29-dək təlim-məşq toplanışına qatılacaqlar. İyulun 30-dan başlayacaq müntəzəm çempionat isə avqustun 14-dək davam edəcək. Avqustun 17-dən pley-off oyunları start götürəcək. Konfrans yarımfinalları avqustun 31-dən sentyabrın 13-dək davam edəcək. Sentyabrın 28-dək finalçılar ictimaiyyətə məlum olacaq. Sentyabrın 30-dan oktyabrın 13-dək isə MBA finalı təşkil ediləcək.

Xatırladaq ki, oyunların hamısının Orlandoda keçirilməsi planlaşdırılır.

Xəbər 594 dəfə oxundu.