“Barselona” 16 yaşlı hücumçunu transfer etmək istəyir
İspaniyanın “Barselona” futbol klubu “Rayo Valyekano” komandasının hücumçusu Fabian Luzzini transfer etməyə yaxındır.

16 yaşlı hücumçu Kataloniya klubuna keçməyə razılıq verib. Tərəflərin yaxın vaxtlarda rəsmi müqaviləyə imza atacağı gözlənilir.

Bildirilib ki, F.Luzzi ilə “Real Madrid” və “Atletiko” da maraqlanır. Ancaq “Barselona” bu transfer uğrunda mübarizədə Madrid təmsilçilərini qabaqlayır.

Qeyd edək ki, ispaniyalı hücumçu “Rayo Valyekano”nun gənclər komandasında oynayır.

Xəbər 553 dəfə oxundu.