Bu gün Azərbaycan klubları yoxlama matçları keçirəcək
İyunun 13-də Azərbaycan futbol klubları yoxlama görüşləri keçirəcəklər.

Paytaxt təmsilçisi “Neftçi” doğma meydanda “Qəbələ”ni qəbul edəcək. “Bakcell

Arena”da keçiriləcək görüş saat 19:00-da başlayacaq.

Günün digər matçında “Səbail” səfərdə “Qarabağ”ın qonağı olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun 19:30-da start götürəcək.

Bakı təmsilçiləri “Zirə” və “Sabah” klubları üz-üzə gələcəklər. “Bank Respublika Arena”da keçiriləcək oyunun fiti saat 19:00-da veriləcək.

Xəbər 555 dəfə oxundu.