MotoGP yarışlarının yeni mövsümünün Avropa üzrə təqvimi açıqlanıb
MotoGP yarışlarının yeni mövsümünün Avropa üzrə təqvimi açıqlanıb.

Mövsümün Avropa üzrə mərhələsi iyulun 19-da İspaniyanın Xeres şəhərində başlayacaq və noyabrın 15-də Valensiyada başa çatacaq. Mövsüm dekabrın 13-də yekunlaşacaq. Yarışın yekun təqvimi iyulun sonunda açıqlanacaq.

Təşkilatçılar ABŞ, Argentina, Tailand və Malayziyada Qran-prilərin keçirilməsinə çalışırlar. Mövsümün 17 yarışdan ibarət olacağı gözlənilir.

Xəbər 574 dəfə oxundu.