Türkiyə Superliqası: "Fənərbağça" və "Trabzonspor" klubları qələbə qazanıblar
Koronavirus pandemiyası səbəbindən martda yarımçıq dayandırılan futbol üzrə Türkiyə çempionatı iyunun 12-də yenidən bərpa edilib.

Çempionatın XXVII turunun birinci qarşılaşmalarında "Fənərbağça" doğma meydanda "Kayserispor"u qəbul edib. Matçın 14-cü dəqiqəsində İstanbul klubunun yarımmüdafiəçisi Ozan Tufan qırmızı vərəqə alaraq komandasını meydanda azlıqda qoyub. Oyunda hesabı 59-cu dəqiqədə qonaqların yarımmüdafiəçisi Bernard Mensah açıb. Oyunun 87 və 88-ci dəqiqələrində "Fənərbağça"nın futbolçuları Vedat Muruqi və Luiz Qustavo fərqlənərək komandalarına qələbə qazandırıblar.

Günün digər qarşılaşmasında isə "Trabzonspor" səfərdə "Göztəpə"nin qonağı olub. Trabzon təmsilçiləri bu oyunda rəqiblərini 361 hesabı ilə məğlub ediblər. Qonaqların heyətində Antoni Nvakaeme (16), Caleb Ekuban (52) və Abdulqadir Omur fərqlənib. Meydan sahiblərinin yeganə qolunu isə Alpaslan Öztürk vurub.
Turun digər oyunları bu gün keçiriləcək.

XXVII tura iyunun 15-də "Sivasspor"-"Dənizlispor" görüşü ilə yekun vurulacaq.

Türkiyə çempionatında hazırda "Trabzonspor" 56 xalla turnir cədvəlinin liderdir. Ondan bir oyun az keçirmiş "Başakşəhər" 53 xalla ikincidir. "Qalatasaray" 50 xalla üçüncü, "Sivasspor" klubu isə 49 xalla dördüncü pillə qərarlaşıblar. Sonrakı yerlərdə "Beşiktaş" (44 xal), "Alanyaspor" (43 xal), "Fənərbağça" (43 xal) və digər komandalar gəlir.


Xəbər 535 dəfə oxundu.