Şahmatçımız Şəhriyar Məmmədyarov BƏƏ-nin ən nüfuzlu turnirində liderliyi ələ alıb
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Sharjah Chess” klubunun təşkilatçılığı ilə start götürən onlayn beynəlxalq turnirin ilk 5 turunda uğurla çıxış edib.

İunun 12-də keçirilmiş oyunlarda şahmatçımız hamıdan çox – 4 xal toplayıb. Belə ki, Ş.Məmmədyarov özbəkistanlı Rüstəm Qasımcanov, hindistanlı Pentala Xarikrişna və BƏƏ təmsilçisi Saleh Salem üzərində qələbə qazanıb. Polşalı Radoslav Voytaşek və misirli Bassem Aminlə keçirdiyi qarşılaşmaları isə heç-heçə başa vurub.
Təmsilçimiz bu nəticə ilə birinci pillədə qərarlaşıb.

Xəbər 534 dəfə oxundu.