“Paris Sen-Jermen” yarımmüdafiəçisi ilə yollarını ayırmağa qərar verib
Fransanın “Paris Sen-Jermen” futbol klubu Erik Şupo-Motinqlə yeni müqavilə imzalamayacaq.

Paris təmsilçisi 31 yaşlı yarımmüdafiəçi ilə iyunun sonunda başa çatacaq müqavilənin müddətini uzatmayacaq. Futbolçu avqustda bərpası planlaşdırılan UEFA Çempionlar Liqasında oynamayacaq və azad agent olacaq.

Qeyd edək ki, Şupo-Motinq cari mövsümdə “Paris Sen-Jermen”in heyətində keçirilən 17 oyunda 5 qol vurub.

Xəbər 547 dəfə oxundu.