“Çelsi” futbol klubu yeni transferini tezliklə rəsmən açıqlayacaq
Londonun “Çelsi” futbol klubu yeni transferi Timo Vernerin keçidini tezliklə rəsmən açıqlaya bilər.

London klubu ilə “Leypsiq”in artıq razılaşdığı qeyd olunub.
London təmsilçisinin transferi iyunun 15-dək açıqlaması gözlənilir. Bu transfer üçün Bundesliqa klubuna 60 milyon avro ödənəcəyi bildirilib.

Qeyd edək ki, 24 yaşlı hücumçu cari mövsümdə “Leyptsiq”in heyətində keçirdiyi 41 oyunda 31 dəfə fərqlənməyi bacarıb və 13 assist edib.

Xəbər 540 dəfə oxundu.